Interposta.Info

“Omais” 10 mindən çox insanı evindən didərgin saldı
 

Dünya
 24-08-2021, 09:16     380

Cənubi Koreyanın cənub bölgələrini cənginə alan “Omais” tayfunu elektrik təchizatında fasilələr yaradıb, evləri və yolları suya qərq edib.

"İnterPosta" xəbər verir ki, bu barədə “Qafqazinfo” YTN telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, bu səbəbdən 10 mindən çox insan təhlükəli ərazilərdən təxliyyə olunmağa məcbur olub.

Çedjudo adasında 219 mm., Pusan şəhərində 159 mm. yağıntı düşüb. Küləyin sürəti 19 m/s-yə çatıb. Pusan və Ulsanda 220-yə yaxın ev təsərrüfatının elektrik təchizatında fasilələr yaranıb. Yanğınsöndürənlər su altında qalmış ərazilərdən 11 nəfəri xilas edib. Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Tayfun səbəbindən 86 aviareys ləğv olunub və ya tarixi dəyişdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26