Interposta.Info

Xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaradacaqmı? -

Ölkə
 24-07-2018, 21:29     10 448

Masazırda xətlərdə aparılan təmir elektrik enerjisi təminatında fasilə yaratmayacaq.

Bu barədə "XeberBiz"-ə "Azərenerji” ASC-dən məlumat verilib.

Qeyd edilir ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz.

Xatırladaq ki, bundan əvvəl "Azərişıq" ASC Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində 25-27 iyul 2018-ci il tarixlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacağı ilə bağlı məlumat yaymışdı.

Fasilələrin "Azərenerji” ASC-yə məxsus 110 kVt-luq 1-ci Xırdalan h/x-də aparılacaq təmir işləri ilə əlaqədar olduğu deyilirdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26