Interposta.Info

Güclü külək bəzi əraziləri işıqsız qoydu (RƏSMİ)

Ölkə
 2-03-2020, 12:00     387

Ötən gündən əsən güclü külək bir sıra ərazilərdə elektrik enerjisi verilişində qısamüddətli fasilələrin yaranmasına səbəb olub.

Bu barədə "İnterPosta"ya "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkənin hər yerində elektrik enerjisinin verilişi tam bərpa olunub:

"Ötən gecə güclü külək Suraxanı rayonu Hövsan qəsəbəsinin, Abşeron rayonu Saray qəsəbəsinin bir hissəsində və bır sıra dağlıq və dağətəyi yerlərdə elektrik enerjisinin verilişində fasilə yaradıb”.

T.Mustafayev qeyd edib ki, ASC-nin əməkdaşları tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

"Baş verən qəzalar operativ aradan qaldırılıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26