Interposta.Info

"Azərenerji" "Azərişıq"ı təkzib etdi: Sabah işıq olacaq...

Müxtəlif
 24-07-2018, 21:13     10 455

Sabah Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacaq.

Azərişıq ASC-dən interposta.info-a verilən məlumata görə, Səhmdar Cəmiyyətə məxsus 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

***

“Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi Kütləvi İnformasiya Vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Məlumatda bildirilib ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz: "Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26