Interposta.Info

PKK-dan Türk əsgərlərinə terror: 2 şəhid və yaralı var

Dünya
 11-12-2020, 09:05     362

Suriyada PKK/YPG silahlılarının törətdiyi terror aktı nəticəsində 2 türk jandarmı şəhid olub, daha bir neçə nəfər yaralanıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə "Barış pınarı” əməliyyatının keçirildiyi ərazidə baş verib. Suriya-Rəsulayn Haseke-2 nəzarət-buraxılış məntəqəsində nəqliyyat vasitəsi partladılıb. Nəticədə 2 türk jandarmı şəhid olub, 8 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26