Interposta.Info

Türkiyə ordusundan böyük şücaət: 3 şəhid, 7 yaralı...

Dünya
 2-03-2018, 00:10     10 422

Suriyanın Afrin şəhərinin Kəl Təpə adlanan ərazisində yaşanan şiddətli silahlı atışmalarda bir neçə türkiyəli hərbçinin şəhid olduğu, bir neçəsinin də yaralandığı bildirilib.

Axar.az xəbər verir ki, sözügedən ərazidə PKK/YPG terrorçuları tunellərdən hücuma keçməyə cəhd göstərib. Lakin türk ordusunun qətiyyətli və effektiv əməliyat tədbirləri nəticəsində terrorçuların qarşısı alınıb.

YPG-çilərin hücuma keçdiyi ərazi intensiv atəşə tutulub və havaya qalxan ATAK helikopterləri terrorçuların gizləndiyi ərazilərə aviazərbələr endirib.

Yaralı hərbçilərin Hataydakı xəstəxanalara aparıldığı bildirilib.

***

Aparılan əməliyyatlar zamanı 3 türk əsgəri şəhid olub, 7-si isə yaralanıb.

Hac Bilal kəndi ilə Kəl Təpə istiqamətində gedən döyüşlərdə 23 YPG-çinin də məhv edildiyi bildirilib.

Qeyd edilib ki, ordu qrupları irəliləyən zaman anidən tunellərdə 80-100-ə yaxın terrorçu hücuma keçib. Şiddətli atışmalar zamanı yaralıları ərazidən çıxarmaq istəyən bir helikopter də zədə alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26