Interposta.Info

100-dək terrorçu dumanlı havada hücuma keçdi – 22-si öldürüldü, 8 türk əsgəri şəhid oldu

Dünya
 2-03-2018, 16:22     10 371

Dünən dumanlı havanı fürsət bilən 100 nəfərlik PYD/PKK üzvü terrorçu qrup türk ordusunun mövqelərinə çiyində daşınan raket və qumbaraatanlarla hücum edib.

Avropa.info xəbər verir ki, terrorçular Afrinin şimal-qərb səmtində Hatayın qarşısındakı Mehmedli, Bilalko və Əl-Maski kəndləri arasındakı 1083 saylı təpəyə betondan hörülmüş tunellər vasitəsilə sızmağa çalışıblar.

Türkiyə Silahlı Qüvvələri hücum nəticəsində 8 əsgərin şəhid olması, 20 əsgərin yaralanması haqda məlumat yayıb. Bundan əlavə 4 ASO əsgəri şəhid olub, 2-i yaralanıb. Atışma zamanı 22 terrorçu məhv edilib, 1-i yaralanıb, 2 terrorçu sağ ələ keçirilib.

Terrorçuların atəş nöqtələri aşkarlandıqdan sonra F-16-lar havaya qalxıb. Qırıcılar terrorçuların olduğu və qaçmağa çalışdığı nöqtələrə bomba yağdırıb.

Hava dəstəyi və yaralıların evakuasiyası üçün hadisə yerinə gələn ATAK vertolyotları da terrorçuların hücumuna məruz qalıb. Zərbə alan bir vertolyot enişə keçmədən geri qayıdıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26