Interposta.Info

ABŞ əhalisinin əksəriyyəti poçt vasitəsilə səs vermək istəyir

Dünya
 22-04-2020, 09:39     350

ABŞ əhalisinin böyük bir qismi bu ilin noyabr ayının 3-də keçiriləcək seçkilərdə koronavirus pandemiyasına görə qanunvericiliyin dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “The Wall Street Journal” qəzetinin “NBC” kanalı ilə birlikdə keçirdiyi rəy sorğusu bunu göstərib. Rəy yoxlamasının nəticələrinə əsasən, respondentlərin 58%-i bundan sonra həmişə yalnız poçt vasitəsilə səs verməyə hazır oluqlarını bəyan edib. İştirakçılardan 39%-i belə bir qaydaya qarşı çıxdıqlarını açıqlayıblar.

Maraqlıdır ki, səsi poçtla göndərmək sisteminə ən çox Demokrat partiyasının üzvləri tərəfdar olublar-82%. Respublikaçılar arasında belə bir ideya yalnız 31% -də rəğbət görüb. Sorğu 900 amerikalı arasında 13-15 aprel aralığında telefonla gerçəkləşdirilib. Kanalın xəbərində yanılma dərəcəsinin 3,3% olduğu bildirilir.

“NBC” məsələ ilə bağlı amerikalıların düşüncəsindəki radikal dəyişikliyə də diqqət çəkib. Məsələn, 1996-cı ildə ölkə vətəndaşlarının sadəcə 48%-i öz seçimlərini seçki məntəqələrinə getmədən, bülleten göndərmək yolu ilə etməyə razı olduğunu bildirmişdi.

Xatırladaq ki, bu il noyabr ayının 3-də ABŞ vətəndaşları prezident və vitse-prezidentdən əlavə Nümayəndələr palatasının bütün tərkibini, Senatın 35 üzvünü və 11 ştat qubernatorunu seçməlidirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26