Interposta.Info

Merkelin kürsüsünə kimlər layiq bilinir?

Dünya
 5-11-2018, 16:13     10 361

Almaniyanın “Bild am Sonntag” qəzeti ölkə vətəndaşlarının Xristian Demokrat İttifaqının sədri postunda kimi görmək istədiyini araşdırıb.

Liberal partiya olan Xristian Demokrat İttifaqının əsası 1945-ci ildə qoyulub. 2000-ci ildən Xristian Demokrat İttifaqına Angela Merkel sədrlik edir. 2005-ci ildən Almaniya kansleri olan Angela Merkel bu il oktyabrın 29-da Xristian Demokrat İttifaqının sədri postundan getmək istədiyini açıqlayıb. O, dekabr ayında keçiriləcək sədr seçkisinə qatılmayacağını, 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcəyini, kansler postuna və başqa hansısa vəzifəyə iddia etməyəcəyini bildirib.

Novator.az xəbər verir ki, “Bild am Sonntag” qəzetinin oktyabrın 30-31-i 1008 nəfər arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 38%-i Xristian Demokrat İttifaqının sədri postunda parlamentdəki Xristian Demokrat və Xristian Sosial ittifaqları fraksiyasının sabiq rəhbəri Fridrix Mertsi görmək istəyir.

Sorğu iştirakçılarının 27%-i Angela Merkelin postuna Xristian Demokrat İttifaqının baş katibi Anneqret Kramp-Karrenbaueri, 13%-i isə səhiyyə naziri Yens Şpanı layiq bilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26