Almaniyada keçirilən parlament seçkiləri üzrə

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiya alyansı 32,5% səs çoxluğu ilə parlament seçkilərində qalib gəlir.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ARD ictimai-hüquq telekanalının apardığı "exit poll"un nəticələri deməyə əsas verir.
Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə 20 faiz səs toplamaqdadır. Həmçinin siyahıda 13,5% səslə üçüncü yerdə qərarlaşan "Almaniya üçün Alernativ" sağçı partiyası ilk dəfə olaraq Bundestaqa daxil olmaq üzrədir.
"Exit poll"un nəticələrinə görə, parlamentə ümumilikdə 6 partiya keçir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26