Interposta.Info

Fransada parlament seçkilərində

Dünya
 12-06-2017, 07:28     489

Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun “İrəli” partiyası liderlik edir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-pollar Makronun partiyasının 30% səs topladığını göstərir.

“Respublikaçılar” 19-20, “Milli Cəbhə” isə 17% səs toplayıb.

Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.

***

Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” partiyası liderlik edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 75 faizinin hesablanmasından sonra "İrəli" partiyası 26,9 faiz seçici səsi toplayıb

İkinci yerdə “Respublikaçılar” – 15,8%, üçüncü yerdə Marin Le Penin “Milli Cəbhə” partiyası qərarlaşıb – 14,4%.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26