Interposta.Info

REAL Partiyası da namizədlərini açıqladı

Siyasət
 11-12-2019, 16:17     391

Respublikaçı Alternativ Partiyası (ReAl) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərini elan edib.

Partiyadan "İnterPosta.info"ya verilən məlumata görə, ReAl və bitərəf namizədlər koalisiya yaradaraq parlament seçkilərində çıxış edəcəklər.

Respublikaçı Alternativ Partiyası və bitərəf namizədlər arasında yaradılan ittifaq "ReAl Cümhuriyyətçilər” adlanır.

Bildirilib ki, Erkin Qədirli 16 saylı Yasamal ikinci seçki dairəsindən parlament seçkilərinə namizəd kimi çıxış edəcək.

ReAl Partiyasından Vasif İsmayıl 41 saylı Sumqayıt birinci, Elçin Haqverdiyev isə 22 saylı Nəsimi ikinci seçki dairələrindən namizədliklərini irəli sürüb./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26