Interposta.Info

Sabah seçkidir:

Dünya
 6-05-2017, 17:38     527

Fransada prezidentliyə namizəd Emmanuel Makronun kampaniyası haker hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu haqda “İrəli” hərəkatının lideri Makronun kampaniya mərkəzi məlumat verib.

“Oğurlanan həqiqi sənədlər saxtalarla qarışdırılaraq internetdə paylaşılıb. Buna səbəb Makronun nüfuzuna zərər vermək, ultrasağçı, millətçi Marin Le Penin seçilmə şansını artırmaqdır”, - məlumatda bildirilib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu sabah keçiriləcək. “İrəli” hərəkatının lideri Makron bütün sorğularda ultrasağçı lider Le Peni qabaqlayır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26