Interposta.Info

Fransada sensasiya:

Dünya
 8-05-2017, 09:47     611

Fransada ötən gün keçirilən prezident seçkilərinin ikinci turunda 4,2 milyon seçici boş bülletenlərlə səs verib.

Axar.az xəbər verir ki, İPSOS və Sopra Steria şirkətləri bu faktı bəyan ediblər.

Bütövlükdə seçici siyahısında 47,6 milyon seçicinin adı olub. Onlardan tam 8,9 faizi heç bir namizədi dəstəkləmədiyini nümayiş etdirmək üçün qutuya boş bülleten atıb.

Qeyd edək ki, Emmanuel Makronun Fransada 7 mayda keçirilən prezident seçkilərinin ikinci turunda böyük üstünlüklə qələbə qalıb. 39 yaşlı Makron Fransa tarixinin ən gənc prezidenti adını da qazanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26