Interposta.Info

“Exit poll” Ermənistandakı seçkinin nəticəsini açıqladı -

Dünya
 2-04-2017, 22:27     456

“Erkir-media” telekanalının sifarişi ilə Ermənistandakı seçkiləri müşahidə edən “Baltic Surveys/The Gallup Organization” “Exit poll” təşkilatı seçkilərlə bağlı paralel nəticələri elan edib.

Ermənistan hakimiyyətinin arzu-istəyinə uyğun işləyən təşkilat bir çoxlarının gözləmədiyi nəticəni açıqlayıb. Belə ki, hakim partiya səslərin az qala yarısını qazandığı halda, müxalifətin əsas blokları Levon Ter-Petrosyanın liderlik etdiyi “Konqres-Ermənistan Xalq Partiyası” və sabiq müdafiə naziri Seyran Ohanyanın həmtəsisçisi olduğu “Ohanyan-Raffi-Oskanyan” seçki blokları 7 faizlik baryeri “aşa bilməyib”.

Musavat.com erməni mediasında dərc olunmuş nəticələri təqdim edir:

Ermənistanın hakim Respublikaçılar Partiyası – 46 faiz

“Tsarukyan” bloku – 25 faiz (“Çiçəklənən Ermənistan” partiyasının sədri Gagik Tsarukyanın adından götürülüb)

“Çıxış” bloku – 10 faiz

Daşnaksütyun – 5 faiz

Ermənista Dirçəliş Partiyası – 5 faiz

“Ohanyan-Raffi-Oskanyan” bloku-4 faiz

“Konqres-EXP” – 4 faiz

“Azad demokratlar” partiyası – 3 faiz

Ermənistan Kommunist Partiyası-3 faiz

Məlumata görə, təşkilat 30 min seçici arasında keçirdiyi sorğuya əsasən bu qənaətə gəlib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26