Interposta.Info

Sərkisyanın üzü gülür:

Dünya
 18-02-2017, 10:50     576

Sərkisyanın üzü gülür:

Ohanyan-Ovanisyan-Oskanyan bloku maliyyə problemləri ilə üzləşib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb.

Blok indiyə qədər seçki qərargahlarının kirayə pullarını ödəyə bilməyib. Təşviqat kampaniyası üçün açılan regional ofislərin çoxu artıq bağlanıb. Blokun əvvəldən maliyyə məsələlərini üzərinə götürən Seyran Ohanyan və Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayan qurum üçün kifayət qədər maddi vəsait ayırmırlar.

Qeyd edək ki, bu bloku Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər nazirləri Raffi Ovanisyan və Vardan Oskanyan yaradıb. Bloka əvvəllər dəstək Rusiyadan verilib. Görünür, Viktor Dəlləkyanın blokdan çıxmasından sonra bu dəstək dayanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26