Interposta.Info

"Ermənistanda Sərkisyan dövründə artan tək şey miqrasiya, dövlət borcu, siyasi məhbuslar və kasıblıqdır" -

Dünya
 8-03-2017, 20:14     507

"Ermənistanda Sərkisyan dövründə artan tək şey miqrasiya, dövlət borcu, siyasi məhbuslar və kasıblıqdır" -

Ermənistanda “Ohanyan-Raffi-Oskanyan” (ORO) bloku seçiciləri hakim Ermənistan Respublika Partiyasından başqa istənilən siyasi bloka səs verməyə çağırıb.

Musavat.com-un Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, müxalif blok indiki iqtidarın hakimiyyətdə qaldığı müddətdə Ermənistanın öz problemlərinin öhdəsindən gələ bilməyəcəyini bəyan edib.

“Ermənistanda köklü dəyişikliklərin əsl zamanıdır”,- keçmiş müdafiə naziri Seyran Ohanyan Tavuş vilayətinin Noyamberyan şəhərində seçicilər qarşısında çıxış zamanı belə deyib.

Keçmiş nazirin sözlərinə görə, iqtidar dəfələrlə ona müxtəlif vəzifələr təklif etsə də o, seçki yolu ilə hakim sistemlə mübarizə aparmağa üstünlük verib: “Respublikaçıların simasında bütün hakimiyyət getməlidir. Biz bunun üçün istənilən siyasi qüvvə ilə koalisiyaya getməyə hazırıq”, - Ohanyan bəyan edib.
"Ermənistanda Sərkisyan dövründə artan tək şey miqrasiya, dövlət borcu, siyasi məhbuslar və kasıblıqdır" -


Seyran Ohanyan insanların blok nümayəndələri ilə görüşə çıxmağa qorxduğunu bildirib:“Ayrı-ayrı görüşlərdə onlar bloku dəstəklədiklərini söyləsələr də, bunu açıq şəkildə söyləməkdən çəkinirlər”.

Ohanyan iqtidara gəldikləri halda ölkədə siyasi təqiblərin dayandırılacağını, habelə qohumluq münasibətlərinə görə vəzifə təyinatına son veriləcəyinə söz verib.

Koalisiyaya daxil olan Ermənistanın “İrs” partiyasının liderlərindən Armen Martirosyan iqtidar getmədən ölkədə köklü dəyişikliklərin mümkün olmayacağını bəyan edib.
"Ermənistanda Sərkisyan dövründə artan tək şey miqrasiya, dövlət borcu, siyasi məhbuslar və kasıblıqdır" -

“Keçən il ölkəni, hələ rəsmi rəqəmlərə görə, 48 min insan tərk edibsə, ERP iqtidarda olduğu dövrdə bu rəqəm 50 mini aşacaq”, Martirosyan Noyamberyan seçiciləri qarşısındakı çıxışında bildirib.

Martirosyanın fikrincə, Ermənistanda Sərkisyan dövründə artan tək şey miqrasiya, dövlət borcu, siyasi məhbuslar və kasıblıqdır.

Martirosyan da Ohanyan kimi erməniləri ERP-dən başqa istənilən siyasi bloka dəstək verməyə çağırıb.

Ermənistanın “Vəhdət” partiyasının lideri, keçmiş xarici işlər naziri Vardan Oskanyan hakimiyyətin düşdüyü ağır vəziyyəti, habelə əsl reytinqlərinin və avtoritetlərin hansı səviyyədə olduğunu dərk etdiyini, bu səbəbdən qalib gəlməkdən ötrü istənilən saxtakarlığa gedə biləcəyini söyləyib:“Onlar hər şeyə getməyə hazırdırlar, lakin biz də bunun qarşısını almağa qadirik”.
"Ermənistanda Sərkisyan dövründə artan tək şey miqrasiya, dövlət borcu, siyasi məhbuslar və kasıblıqdır" -

Oskanyan hakimiyyətə gələcəkləri təqdirdə ölkəyə ədalət, bərabərlik və iqtisadi inkişaf gətirəcəklərini vəd edib.

Keçmiş xarici işlər naziri iqtidara gəlmələri halında Ermənistanın xarici siyasətində də ciddi dəyişikliklər olacağına söz verib:“Biz xarici siyasətdə əhatəli xətt yürütməliyik. Dəyişikliklər ən çox Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində baş verməlidir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26