Interposta.Info

Fransa əhalisinin yarıdan çoxu miqrantların qəbuluna qarşı çıxıb

Dünya
 3-12-2018, 09:52     550

Fransa vətəndaşlarının yarıdan çoxu hesab edir ki, ölkə həddindən artıq miqrant qəbul edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu "Ifop" xidmətinin Jan Jores Fondu və Amerika Yəhudi Komitəsi ilə birgə keçirdiyi və nəticələri bazar günü həftəlik "Journal du dimanche" qəzeti tərəfindən dərc olunan ictimai rəy sorğusu göstərir.

Nəşrin məlumatına görə, 10 fransalıdan 8-i hesab edir ki, Fransa daha miqrant qəbul etməməlidir. Fransalıların əksəriyyəti (52%) əmindirlər ki, ölkədə həddindən artıq gəlmə var, bununla yanaşı vətəndaşların 27%-i güman edir ki, bu, artıq kifayətdir.

"Bu o deməkdir ki, Fransa vətəndaşlarının 79%-i daha əcnəbi qəbul etmək istəmir", - deyə nəşr qeyd edir.

Bundan əvvəl İtaliyada dənizdə batan miqrantların xilas edilməsi qanunla qadağan olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26