Interposta.Info

ABŞ dünya ölkələri arasında ən çox arzulanan hərbi müttəfiqdir

Dünya
 2-05-2017, 15:15     495

Rusiya isə mühafizəkar ənənələrə malik, əsasən də avtoritarizmə meylli dövlətlərin dostudur
Dünya əhalisinin az qala yarısı Rusiyanı özünə müttəfiq və dost olaraq deyil, potensial təhdid və düşmən gözü ilə baxır.


Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, planetin müxtəlif yerlərində keçirilən rəy sorğusunda iştirak edən respondentlərin 41%-i ABŞ-ı öz ölkələri üçün hərbi müttəfiq saymaqda davam edir.

Sorğu 2016-cı ilin sonlarında “Gallup International”-ın “İlin sonu” layihəsi çərçivəsində dünyanın 68 ölkəsinin 66 min respondenti arasında aparılıb və bu günlərdə nəticələri dərc olunub.

Rəyi soruşulanlara bir sualla müraciət edilib: “Dünyada böyük hərbi potensiala malik 6 dövlət - ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa və Hindistan mövcuddur. Əgər ölkənizə hərbi müdaxilə həyata keçirlərsə siz onlardan hansını özünüzə müttəfiq olaraq görmək istərdiniz?”.

Yuxarıda da qeyd edildiyi kimi, dünya əhalisinin 41%-i hələ də Birləşmiş Ştatları özləri üçün ən yaxın müttəfiq sayır.

Rusiya 15%, Çinin 10%, Böyük Britaniya, Fransa və Hindistan isə müvafiq surətdə 8%, 5% və 3%-lik “sevgiyə” layiq görülüblər.

Qərbi Avropanın 3 ölkəsinin-Böyük Britaniya (58%), Fransa (54%), və İspaniya (54%) əhalisi indi də Vaşinqtonu özlərinin təhlükəsizlikləri üçün əsas ölkə hesab edirlər. Lakin bu məsələdə Kosovo (92%), Cənubi Koreya (81%), İsrail (68%), Albaniya (66%), Yaponiya (64%), Kanada (62%), hətta Vyetnam (66%) daha irəlidədir.

Rusiyanın dostları arasında isə ənənəvi müahizəkar və sol axınların güclü olduğu dövlətlər diqqət çəkir. Belə ki, Çin əhalisinin 47%-i, Monqolustanın 71%-i, Türkiyənin isə 23%-i Moskvaya rəğbət göstərib.
Bundan başqa, Şərqi Avropanın bir sıra ölkələrində Rusiyameylli güclərin təsiri açıq şəkildə hiss olunur. Maraqlıdır ki, Ukrayna torpaqlarını işğal etməsinə rəğmən Moskva məhəbbəti hələ də ukraynalıların 33%-nin ürəyindən çıxmayıb.

Böyük Britaniya hərbi planda ABŞ və Skandinaviya ölkələrinin xalqları üçün üstünlük təşkil edir. Çin isə Rusiya (44%) və Pakistan (72%) sakinləri arasında ən böyük müttəfiq hesab olunur.

Hər halda, rəy sorğusu dünyadakı tendensiyanın ümumi əksini göstərir.

Bir sıra ekspertlərin rəyinə görə, sorğunun nəticələri ölkələrin mədəni ənənələri və əhalinin mentaliteti arasında fundamental fərqləri nümayiş etdirməklə yanaşı, həm Qərbin, həm də Rusiyanın son 2-3 ildə həyata keçirdiyi siyasətin doğurduğu təzahürləri göstərir.

“Romir” araşdırma mərkəzinin və “Gallup international”ın vitse-prezidenti Andrey Milexinə görə, Rusiyaya tətbiq edilən sanksiyalar bəzi ölkələrin sadə vətəndaşları arasında Moskvaya simpatiya belə oyadıb. Milexin Rusiyanın tərəfdarları arşında slavyanəsilli xalqların üstünlük təşkil etdiyinə diqqət çəkib. Bundan başqa, güclü mühafizəkar tarixi köklərə malik və avtoritar rejimlər tərəfindən idarə olunan Mərkəzi Asiya ölkələri arasında da Rusiyanın təsiri olduqca yüksəkdir.

Burada ən çox diqqət çəkən xüsus Türkiyə, Yunanıstan və Bolqarıstan kimi ölkələrin əhalisi içində ABŞ-ın aparıcı olduğu düşərgənin nüfuzunun getdikcə aşağı düşməsidir. “Belə çxır ki, NATO üzvü sayılan bu 3 ölkənin timsalında rəqib olaraq Rusiyanı deyil, ABŞ-ı görən qəribə ox formalaşıb”, - Moskva Karnegi mərkəzinin eksperti Aleksndr Baunov qeyd edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26