Interposta.Info

Ötən il üzrə ən böyük hərbi büdcəyə malik ölkələrin adları açıqlanıb

Dünya
 14-02-2018, 17:37     10 493

ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) "Hərbi balans 2018" hesabatını dərc edib.

"Report" xəbər verir ki, hesabatda 2017-ci il üzrə dünyanın 15 ən yüksək hərbi büdcəyə malik ölkələri göstərilib.

Hesabata əsasən, ötən il üzrə ən böyük hərbi büdcə ABŞ-da olub - 602,8 milyard dollar. Çin (150,5 milyard dollar) ikinci, Səudiyyə Ərəbistanı (76,7 milyard dollar) üçüncü sırada qərarlaşıb.

Dördüncü yeri ölkənin müdafiəsinə 61,2 milyard dollar xərcləyən Rusiya tutub. İlk beşliyi 52,5 milyard dollar ilə Hindistan qapayıb.

Sonrakı yerlərdə Böyük Britaniya (50,7 milyard), Fransa (48,6 milyard), Yaponiya (46 milyard), Almaniya (41,7 milyard), Cənubi Koreya (35,7 milyard), Braziliya (29,4 milyard), Avstraliya (25 milyard), İtaliya (22,9 milyard), İsrail (21,6 milyard) və İraq (19,4 milyard) qərarlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26