Dünya ölkələrinin hərbi xərcləri 2 trilyona çatır
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin müdafiə xərcləri ilə bağlı illik hesabatını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, hesabata görə Soyuq Müharibə illərindən bəri müdafiə rekord həddə çatıb. Belə ki, xərclər 2017-ci ildə 1,1 faiz artaraq 1 trilyon 739 milyard dollar olub.
Siyahıya müdafiəsinə 610 molyard dollar büdcə ayıran ABŞ liderlik edir. O, hərbi xərclərə ayırdığı vəsait ümumilikdə dünya ölkələrinin ayırdığı vəsaitin 1/3-ni təşkil edir. ABŞ-ın 2018-ci ildə də hərbiyə təxminən 700 milyard dollar ayıracağı ehtimal edilir.
Dünyanın digər supergüc dövləti Rusiya xərclərini təxminən 20 faiz azaldıb. Mütəxəssislər bunu ölkə iqtisadiyyatdakı azalma ilə əlaqələndirirlər.
Çin 2017-ci ildə hərbi xərclərini 2,6 faiz artırıb. Artıq 20 ildir ki, Çin hər il hərbi xərclərini artırır.
Avropa ölkələrinə gəldikdə ümumilikdə azalma müşahidə edilsə də, dünya reytinqində Avropanın payı 20 faizə yaxındır.
NATO-nun 29 ölkəsi ötən il ümumilikdə hərbiyə 900 milyard dollar ayırıb. Bu isə qlobal xərclərin 52 faizini təşkil edir.
Çinlə aralarındakı gərginlik səbəbindən Asiya ölkələrinin də hərbi xərclərində artım müşahidə edilir. Belə ki, son 10 ildə bu rəqəm 59 faiz artıb.
Siyahıda qardaş ölkənin də adı var. Belə ki, Türkiyə 18,2 milyard dollarlıq hərbi büdcəsi ilə 15-ci pillədə qərarlaşıb.
Sözügedən siyahını sizlərə təqdim edirik:
1. ABŞ - 610 milyard
2. Çin - 225 milyard
3. Səudiyyə Ərəbistanı - 69,4 milyard
4. Rusiya - 66,3 milyard
5. Hindistan - 63,9 milyard
6. Fransa - 57,8 milyard
7. Birləşmiş Krallıq - 47,2 milyard
8. Yaponiya - 45,4 milyard
9. Almaniya - 44,3 milyard
10. Şimali Koreya - 39,2 milyard
11. Braziliya - 29,3 milyard
12. İtaliya - 29,2 milyard
13. Avstraliya - 27,5 milyard
14. Kanada - 20,6 milyard
15. Türkiyə - 18,2 milyard
*Siyahıda qeyd olunan ölkələrin ümumilikdə hərbi xərcləri 1 trilyon 396 milyard dollardır.
*Dünya ölkələri üzrə xərclər isə 1 trilyon 139 milyard dollardır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26