Interposta.Info

Türkiyədə zəlzələdə ölənlərin sayı 22 nəfərə çatıb, 1031 yaralı var

Dünya
 25-01-2020, 13:47     349

Türkiyədə baş vermiş 6.8 bal gücündə zəlzələdə ölənlərin sayı artıb.

APA-nın məlumatına görə, rəsmi qurumlar zəlzələdə 22 nəfərin öldüyünü açıqlayıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. Yeraltı təkanlar zamanı 1031 nəfər yaralanıb.

Son məlumata görə, 30 nəfər dağıntılar altında qalıb.

AZƏRTAC xəbər verir ki, hökumətin yaratdığı Fövqəladə Vəziyyət Məntəqəsində “Qaynar xətt” yaradılıb. Evləri dağılan və riskli hala düşən vətəndaşlar məktəblərdə, idman mərkəzlərində, digər azmərtəbəli binalarda yerləşiblər.

Ölkənin hər yerindən təbi fəlakət bölgəsinə yardım istiqamətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin 9 yük təyyarəsi Elazığ hava limanına enib.

Havaların kəskin soyuq olması evsiz insanların çətinliyini artırır.

Afterşok sayı 200-ə yaxınlaşır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26