İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb YENİLƏNİB

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
***
İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir.
İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.
***
Türkiyənin İzmir əyalətində baş verən 6,6 bal gücündə zəlzələ nəticəsində 4 nəfər ölüb, 120 nəfər yaralanıb.
Məlumatı Türkiyə KİV-i yayıb./musavat
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26