Interposta.Info

İran-İraq sərhədində zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatdı

Gündəm
 13-11-2017, 13:37     9 551

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb, 2500-dən çox adam xəsarət alıb.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, bu barədə İranın təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Təşkilatından bildirilib.

İSNA-nın məlumatına görə, 5346 nəfər xəstəxanalara çatdırılıb, onların bir hissəsi sonradan evə buraxılıb.

Qeyd edək ki, dünən axşam İran-İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Hadisə ilə əlaqədar ilk Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların ocağı yerin 10 kilometr dərinliyində olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26