Interposta.Info

İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 550 nəfərə çatıb - FOTO -VİDEO

Dünya
 26-11-2018, 11:45     413

İranda baş verən zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.

"Report"un məlumatına görə, bu barədə yerli "Press TV" məlumat yayıb.

Daha əvvəl təbii hadisə zamanı 513 nəfərin xəsarət aldığı bildirilirdi. Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.

***

İran-İraq sərhədi yaxınlığında güclü zəlzələ baş verib.

Virtualaz.org-un məlumatına görə, yeraltı təkanların gücü 6,3 bal təşkil edib.

Bildirilir ki, zəlzələnin episentri Bağdaddan 150 kilometr aralıda yerləşib.

İranın Kirmanşah vilayətində isə zəlzələnin gücü 6,4 bal olub.

Dağıntı və tələfat haqqında məlumat hələlik verilmir.

***

İran-İraq sərhədində baş verən zəlzələ zamanı azı 70 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "PressTV" İranın hakimiyyət orqanlarının nümayəndələrinə istinadən məlumat yayıb.

Daha əvvəl Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.

Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

***

İranın qərbindəki Kermanşah vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı 114 nəfərə çatıb.

Bu barədə "Report" "PressTV" telekanalına istinadən xəbər verir.

"İran-İraq sərhədində 6,3 maqnitudada zəlzələ zamanı 114 nəfər xəsarət alıb", deyə PressTV-nin "Twitter" səhifəsində qeyd edilir.

Qeyd edək ki, telekanalın səhifəsindəki fotolarda zəlzələnin dağıntılara səbəb olduğu əks etdirən fotolar da yerləşdirilib. Daha əvvəl zəlzələ zamanı 70 nəfərin xəsarət aldığı bildirilirdi. Yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.

***

İranın qərbindəki Kermanşah vilayətində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 210 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Kermanşah vilayətinin qubernatoru Huşanq Bəzvand bildirib.

"Hazırda bizim vilayətdə üç şəhərdən – Gilyanqərb, Qəsr-e-Şirin və Sere-Pole-Zöhabdan 210 nəfər xəsarət alıb. Xoşbəxtlikdən ölənlər barədə məlumat yoxdur", - deyə qubernator bildirib.

Qeyd edək ki, daha əvvəl zəlzələ zamanı 114 nəfərin aldığı bildirilirdi. Daha əvvəl Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.

Məlumata görə, yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.

***

İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 361 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Daha əvvəl zəlzələ zamanı 210 nəfərin xəsarət aldığı bildirilirdi. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.

***

İranda baş verən zəlzələdə xəsarət alanların sayı 420 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Agentlik bildirib ki, zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib. Ölənlər barədə məlumat daxil olmayıb.

Yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.

İnterPosta.info


İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 550 nəfərə çatıb - FOTO -VİDEO
İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 550 nəfərə çatıb - FOTO -VİDEO
İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 550 nəfərə çatıb - FOTO -VİDEO
İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 550 nəfərə çatıb - FOTO -VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26