İran-İraq sərhədindəki güclü zəlzələ Azərbaycanda da hiss olunub - Ölənlər var - FOTOLAR, VİDEO
İran-İraq sərhədində baş verən güclü zəlzələ cənub bölgəsində hiss olunub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, zəlzələ 22:23-də qeydə alınıb. Zəlzələ əsasən Lənkəran və Astara rayonları ərazisində təqribən 4 bal gündə hiss olunub.
Dağıntı və təlafat barədə məlumat yoxdur. Yeraltı təkanlar təxminən 45 saniyə davam edib.
***
İran-İraq sərhədində 7,6 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri İraqın Süleymaniyyə şəhərindən 85 km, İranın Sərpol Zəhab şəhərindən 47 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
***
İranın Kirmanşah şəhərində baş verən zəlzələnin böyük dağıntılara səbəb olduğu barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri dağıntıya aid fotolar paylaşıblar.
Zəlzələ, dağıntı və tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.
***
ABŞ Geoloji Araşdırmalar Mərkəzi İraqdakı zəlzələnin 7,2 bal gücündə olduğunu, episentrinin Hələbçənin 32 km cənub-qərbinə, 33,9 km dərinliyə düşdüyünü açıqlayıb.
Zəlzələ Türkiyədə də hiss edilib. Zəlzələnin İranda böyük dağıntılara və təlafata səbəb olduğu haqda ilkin məlumat verilib. Sosial şəbəkədə Qəsrşirin şəhərində 2 nəfərin öldüyü bildirilir. Yaxın Şərqi bürüyən və bir-birinin ardınca baş verən zəlzələlərin xəritəsi də yayılıb. Ən güclü və ardıcıl təkanların qeydə alındığı ərazilər qırmızı rənglə işarələnib.
***
Musavat.com xəbər verir ki, zəlzələ İraq, İran, Azərbaycan, Küveyt, Türkiyə, Suriya və BƏƏ-də hiss edilib. İraqın Süleymaniyyə şəhərinin 8 kəndində dağıntı baş verib. İran televiziyası isə zəlzələ nəticəsində İranda 6 nəfərin öldüyünü və yaralıların olduğunu açıqlayıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26