Interposta.Info

İraqdakı zəlzələdə azərbaycanlı zəvvarlar zərər çəkibmi?

Müxtəlif
 13-11-2017, 00:59     6 789

İraqdakı zəlzələdə azərbaycanlı zəvvarlardan xəsarət alan yoxdur

Yeraltı təkanlar 7,3 bal gücündə olub və bütün Yaxın Şərq regionunda hiss olunub.


Noyabrın 12-də İran-İraq sərhədində, İraqın Süleymaniyyə əyalətində 10 kilometr dərinlikdə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ episentrində 7,3 bal gücündə olub. Ancaq zəlzələnin təsiri böyük bir ərazidə hiss olunub. Beynəlxalq Zəlzələ İnstitutunun məlumatına görə, zəlzələ İraq, İran, Türkiyə, Suriya, Küveyt, İordaniya, İsrail, BƏƏ, eləcə də Cənubi Qafqaz regionunda – Azərbaycan, Gürcüstan və Ermənistanda hiss olunub.

Qeyd edək ki, yerli sakinlərin məlumatına görə, yeraltı təkanlar Azərbaycanın cənub regionunda hiss olunub. Hələlik dağıntılarla bağlı məlumat yoxdur.

Artıq təlafat barədə məlumatlar gəlib. İlk məlumatlarda İranda 2, Ərbildə 6 nəfərin öldüyü, İraqda 50-dən çox yaralının olduğu bildirilir. İranın Qəsri Şirin şəhərində də tələfat qeydə alınıb.

Qeyd edək ki, yeraltı təkanlar İraqın Kərbəla şəhərində də hiss olunub. Hazırda Kərbəlada olan “Salam Tour” ziyarət şirkətinin nümayəndəsi Ceyhun Hacıyev musavat.com-a bildirdi ki, yeraltı təkanlar Kərbəla şəhərində də hiss olunub. Əhali təlaşla küçələrə qaçıb. Ancaq şəhərdə dağıntı qeydə alınmayıb. Əhali isə uzun illərdir Kərbəlada zəlzələ olmadığını və təlaşın da bu səbəbdən daha çox olduğunu qeyd edib.

Azərbaycandan hazırda İraq ərazisində olan zəvvarlar arasında tələfat və xəsarət alanlar yoxdur. Hazırda azərbaycanlı ərbəin zəvvarlarının böyük bir qismi Kərbəla şəhərindədir, bir qismi isə artıq geriyə qayıtmaq üçün yol açıxıb. Ancaq qruplardan hər hansıda xəsarət haqda məlumat yoxdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26