Interposta.Info

Konqoda Ebola virusundan ölənlərin sayı 702 nəfərə çatıb

Müxtəlif
 6-04-2019, 11:33     10 366

Konqo Demokratik Respublikasında 2018-ci ilin iyul ayının sonundan Ebola virusundan ölənlərin sayı sayı 702 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Nazirliyin məlumatında deyilir: "Cümə günü, 2019-cu il aprelin 5-i üçün vəziyyət: 1117 yoluxma halı, 1051-i təsdiqlənib, 66-sı isə mümkün. Virusun yayılması nəticəsində 702 nəfər həlak olub, 339 nəfər müalicə edilib, 295 şübhəli hal araşdırılır".

Bildirilir ki, avqustun 8-dən ölkədə 95127 nəfər vaksiyasiyadan keçib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26