Interposta.Info

Konqoda Ebolaya yoluxanların sayı 2,8 min nəfəri keçdi

Dünya
 14-08-2019, 17:36     10 388

Konqo Demokratik Respublikasında (DR) ötən ilin iyulundan bu günədək Ebola virusuna yoluxanların sayı 2,8 min nəfəri keçib.

Trend-in məlumatına görə, bu statistikanı Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.

Qeyd olunur ki, yoluxanlardan təxminən 1,9 min nəfəri vəfat edib.

Son həftələrdə Konqo DR-da orta hesabla gündə 86 nəfər Ebolaya yoluxur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26