Interposta.Info

Braziliyada bənd uçqunu: 110 ölü - FOTO,VİDEO

Dünya
 1-02-2019, 12:54     10 328

Braziliyada su anbarının dağılması nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

Oxu.az xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.

Ölənlərdən 71 nəfərin kimliyi artıq müəyyən edilib. 238 nəfər hələ də itkin düşmüş sayılır.

Texnogen faciənin yaşandığı su bəndi “Vale” şirkətinə məxsus idi və sənaye, o cümlədən, metallurgiya müəssisələrinin tullantılarından ibarət suları saxlayır. Yanvarın 25-dən su bəndinin uçması nəticəsində Minas Jerays ştatının Brumadinyo rayonunda yüzlərlə ev sualtında qalıb.

Zərərçəkənlərin və ölənlərin axtarışı hazırda davam etdirilir. Xilasetmə-axtarış işlərinin bir neçə həftə uzanacağı ehtimal edilir.

Məlumata əsasən, Braziliyada mövcud olan su bəndlərinin təxminən yarısı qəzalı vəziyyətdədir.

İnterPosta.info

Braziliyada bənd uçqunu: 110 ölü - FOTO,VİDEO
Braziliyada bənd uçqunu: 110 ölü - FOTO,VİDEO
Braziliyada bənd uçqunu: 110 ölü - FOTO,VİDEO
Braziliyada bənd uçqunu: 110 ölü - FOTO,VİDEO
Braziliyada bənd uçqunu: 110 ölü - FOTO,VİDEO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26