Interposta.Info

Sərkisyan Ermənistandan qaçdı?

Dünya
 23-04-2018, 23:47     10 476

Bir neçə saat əvvəl vəzifəsindən istefa verən baş nazir Serj Sərkisyan Ermənistandan qaçmayıb.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ermənistan hökumət dairələrinə istinadən məlumat yayıb.

“Bu məlumat həqiqəti əks etdirmir. Bu, axmaqlıqdır”, - deyə agentliyi bildirən mənbə deyib.

Qeyd edək ki, ölkədə genişlənməkdə olan mitinqlər fonunda S.Sərkisyan bir qədər əvvəl postundan istefa verib. Bəzi erməni KİV-ləri onun Ermənistandan qaçdığı barədə məlumat yayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26