Sərkisyan Ermənistanı tərk edib -
Ermənistan prezidenti Serj Sərkisyan qış tətilinə çıxıb.
Musavat.com xəbər verir ki, S.Sərkisyanın məzuniyyəti qısamüddətlidir.
Ermənistan prezidentinin mətbuat xidməti S.Sərkisyanın məzuniyyətinin bir hissəsini ölkə xaricində keçirəcəyini açıqlayıb.
Qeyd edək ki, son vaxtlar davamlı şəkildə erməni ekspertlər Sərkisyan hakimiyyətini tənqid edir, ondan ölkəni rəzil günə salmasının hesabını verməsini istəyirlər. Hətta Ermənistan hakimiyyətinin əlindən bezib, Azərbaycanda yaşamaq istəyənlərin də sıraları artır. Bu kimi çıxışlara reaksiya verməyən Ermənistan prezidenti, görünür, bir müddət kənarda qalmağa üstünlük verib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26