Interposta.Info

Sərkisyanın Moskvada Putindən bu xahişi...

Siyasət
 20-03-2017, 12:16     775

Sərkisyan ənənəvi olaraq Moskvaya Putindən pul xahiş etməyə getmişdi.

interposta.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Serj Sərkisyanın Moskva səfərini şərh edən politoloq, millət vəkili Rasim Musabəyov deyib. Millət vəkili vurğulayıb ki, Ermənistan prezidentinin Putinlə görüşməkdə iki məqsədi var idi:

“Serj Sərkisyanın prezidentlik müddəti 2018-ci ildə bitəcək. Üstəlik, ölkə parlamentli idarə üsuluna keçdikdən sonra Ermənistan prezidentinin səlahiyyəti tamamilə azalacaq və hökumətə baş nazir rəhbərlik edəcək. Sərkisyan da Moskvaya Rusiyada özünə dəstək qazanmaq və hakimiyyətinin ömrünü uzatmaq üçün getmişdi. Düzdür, Rusiya Ermənistana baş nazir göndərib, ancaq hiss olunur ki, Moskvanın bu interposta.info ayrı bir namizədi də var. Sərkisyan da ənənəvi olaraq Moskvaya Putindən pul xahiş etməyə getmişdi.

Nəhayət, erməni rəhbərin bu səfərində ikinci məqsədi Dağlıq Qarabağ konfliktində Rusiyadan növbəti dəstəyi almaq idi. Ermənistanın bundan başqa istəyi yoxdur”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan martın 15-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Ermənistanda parlament seçkisi aprelin 2-də baş tutacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26