Interposta.Info

Moskva seçimini etdi:

Dünya
 25-01-2017, 14:51     2 943

Moskva seçimini etdi:
Rusiya yatırımını Ermənistan Baş naziri Karen Karapetyana edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.

Qəzet son 10 ildə Ermənistanın heç bir baş nazirinin Moskvaya rəsmi səfər etmədiyini bildirib:

“Sonuncu dəfə Ermənistanın baş naziri qismində Moskvaya 25 sentyabr 2007-ci ildə Serj Sərkisyan səfər edib. Bundan sonra Sərkisyan prezident vəzifəsinə seçildi. Sərkisyandan sonra heç bir baş nazir Moskvaya rəsmi səfər etməyib. Bu şərəfə hətta Putinlə sıx əlaqələri olan Tiqran Sərkisyan və Medvedyevlə yaxın münasibətləri olan Ovik Abramyan da layiq görülməyib. Karen Karapetyan bu sindromu qırdı. Siyasətdə təsadüflər olmur və əlbəttə ki, bu da təsadüf deyil. Bununla da Rusiya mövqeyini müəyyən etdi. Artıq Karapetyan Rusiyanın Ermənistanla münasibətlərində bir nömrəli rol oynayacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26