Interposta.Info

Sərksiyan

Dünya
 14-01-2017, 15:04     836

Sərksiyan

Baş nazir Karen Karapetyanla münasibətlərində gərginlik yarandıqdan sonra Ermənistanın Prezidenti Serj Sərkisyanın yeni plan hazırladığı üzə çıxıb.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, Sərkisyan yeni Müdafiə naziri Vigen Sərkisyanı 2017-ci ildə baş nazir təyin etməyə hazırlaşır.

Məlumata görə, Sərkisyanın yeni planı təkcə bununla bitmir, o, Vigen Sərksiyanı baş nazir postuna gətirdikdən sonra onun prezident seçilməsinə yardım edəcək.

Qeyd edək ki, Ovik Abramyanın istefasından sonra Ermənistanda Karen Karapetyan baş nazir olsa da, Sərkisyan Karapetyanın fəaliyyətindən narazıdır.

Aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək, ölkə parlamentli idarə üsuluna keçəcək, baş nazirin səlahiyyətləri prezidentdən daha çox olacaq. Məhz buna görə də Sərkisyan indidən bütün opponentlərini təmizləyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26