Sərkisyan Moskvada Putinin əmrindən sonra...

Belə güman etmək olar ki, Sərkisyanın Brüssel səfəri növbətçi səfərdir və gözə kül üfürmək xarakteri daşıyır.[/b]
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Serj Sərkisyanın Brüssel səfərinin erməni lobbisinin təkidi ilə həyata keçirildiyini deyib:
“Sərkisyan hiyləgərdir, ancaq erməni lobbisi ondan da hiyləgərdir. Lobbi bununla Avropa Birliyinin könlünü almaq istəyir və bu səfəri Ermənistanın Rusiyanın quberniyası olması faktına bir cavab kimi düşünür. Ermənistan Cənubi Qafqazda demokratik və qərbyönlü siyasət yolunda bir əngəl, Rusiyanın neo-imperiya siyasətinin həyata keçirilməsində alətdir, ona görə də bu səfərin heç bir əhəmiyyəti yoxdur. Ermənistan strateji cəhətdən AB üçün önəm kəsb etmir. Avropada çox yaxşı bilirlər ki, Ermənistan təcavüzkar dövlətdir. Son hadisələr də bilavasitə İrəvanın işğalçı niyyətlərindən irəli gəlirdi. Ancaq ordumuz bütün bu mənfur planları alt-üst etdi”.
Politoloqun sözlərinə görə, Sərkisyan Moskvada ağalarından müəyyən təlimatlar aldıqdan sonra Belçikaya səfər edəcək:
“Sərkisyanın Brüsselə səfəri növbətçi səfərdir və gözə kül üfürmək xarakteri daşıyır. O, Avropadan əliboş qayıdacaq və bu səfərdən heç bir siyasi divident əldə etməyəcək. Brüssel Ermənistanı Rusiya kimi təhlükəli ölkələr sırasına aid edir. Sərkisyan nə qədər vurnuxsa da, Ermənistanın və özünün imicini heç cür dəyişdirə bilməyəcək”.
[b]interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26