Interposta.Info

Putinin Sərkisyanı baş nazir qoymaqda əsas -

Müxtəlif
 5-04-2017, 11:29     713

Əgər Ermənistan indiyə qədər Rusiyanın forpostu adlandırılırdısa, bundan sonra kiçik quberniyası kimi fəaliyyət göstərəcək.

interposta.info
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Sərkisyan bu seçkidə erməni xalqının gözünə kül üfürmək üçün hər vasitəyə əl atdı:

“Adi müşahidələr göstərirdi ki, Sərkisyanın nəinki Ermənistanda, hətta Dağlıq Qarabağda da heç bir sosial dayağı yoxdur. Daşnaksütyun Partiyasının parlamentə keçməsi göstərir ki, Sərkisyan seçkini öncədən necə planlaşdırmışdısa, kimlərə nə qədər səs faizi qoymuşdusa, hamısı seçki komissiyası tərəfindən elan edildi. Respublikaçılar Partiyasının 50 faizə yaxın səs toplaması isə başdan-ayağa absurddur. Bütün bunlar onu göstərir ki, seçkilərin saxtalaşdırılması prosesinə hətta Rusiya da qarışmışdı. Çünki bu, Rusiyada hazırlanmış xüsusi ssenari idi və bunun əsasında da seçkilər keçirildi. Barmaq izlərinin yoxlanılması da Moskvanın təklif etdiyi bir variant idi. Bunun hesabına minlərlə insan səsvermə hüququndan məhrum edildi. Nəticə etirabilə Rusiyanın Ermənistanda qurduğu seçki kampaniyası Sərkisyana qələbə qazandırdı”.

Politoloq qeyd edib ki, Ermənistan prezidenti ona edilən bu “yaxşılığın” əvəzini ödəməlidir:

“Sərkisyan yəqin ki, baş nazir olacaq və bundan sonra Rusiyaya daha sədaqətlə qulluq etmək məcburiyyətində qalacaq. Moskvanın İrəvan üzərindəki təsiri sürətlə artacaq. Bir sözlə, əgər Ermənistan indiyə qədər Rusiyanın forpostu adlandırılırdısa, bundan sonra kiçik bir quberniyası kimi fəaliyyət göstərəcək. Bütün məsələlər birbaşa Kremldən idarə olunacaq”.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkisindən sonra bu ölkə parlament üsul-idarəsinə keçir. Qanunvericiliyə əsasən, deputatların sayı 131-dən 105-ə endirilir.

Seçkidə 5 siyasi partiya və 4 seçki bloku iştirak edib. Ermənistan MSK-sının elan etdiyi son nəticəyə görə, parlament seçkilərində baryeri Respublika Partiyası (49,12%), Çarukyan bloku (27,32%), Yelk bloku (7,77%) və Daşnaksütyun Partiyası (6,57%) keçib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26