Interposta.Info

Sərkisyan şərt qoydu,

Siyasət
 6-02-2017, 10:05     868

Sərkisyan şərt qoydu,
Sərkisyan Qarabağla bağlı güzəşt açıqlaması seçkiqabağı vəziyyətə hesablanıb.

interposta.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert son aylar erməni siyasi diskussiyalarında bu mövzunun geniş yer aldığını deyib:

“Sərkisyanın açıqlamasından belə aydın olur ki, Ermənistan da Azərbaycandan güzəşt gözləyir. Ancaq Dağlıq Qarabağın tərəf kimi tənzimlənmə prosesinə qoşulması yolverilməzdir. Azərbaycan Dağlıq Qarabağı tərəf kimi qəbul etmir. Əslində, Ermənistan siyasi rəhbərliyinin nəzərdə tutduğu güzəşt məhz bundan ibarətdir. Bunlar köhnə tələb və iddialardır. Yəni Sərkisyan yenə Azərbaycana şərt irəli sürməyə cəhd göstərir. Danışıqlar prosesi, Vyana və Sankt-Peterburq görüşlərində müəyyən olunmuş gündəlik var. Ermənistan isə hər vəchlə substantiv danışıqlardan qaçır. Ona görə də Rusiya tərəfindən Ermənistana təzyiq göstərilməzsə, İrəvan substantiv danışıqlara getməyəcək. Çünki Moskva hazırda təşəbbüsü öz üzərinə götürüb və xarici işlər nazirlərini görüşdürmək istəyir. Azərbaycanın tələbləri isə aydındır və Bakı nəticəsiz danışıqlara getməyəcək. İş orasındadır ki, vasitəçi tərəf, yəni Rusiya bu zəmini hazırlamalıdır”.

Politoloq Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq görüşün nəticə verəcəyini düşünmür:

“Ermənistanda seçkiqabağı vəziyyət gərgin olaraq qalır. Çox güman ki, Sərkisyan seçkidən öncə qətiyyətli addım atmayacaq. Vəziyyət seçkilərin nəticələrindən asılı olaraq dəyişəcək. Sərkisyanın mövqeyi zəifləsə, onda biz danışıqları yeni oyunçularla aparmağa hazır olmalıyıq”.

Qeyd edək ki, Ermənistan prezidenti Dağlıq Qarabağ məsələsində güzəştlərə hazır olduğunu, lakin bunun qarşılıqlı formada, təzyiq altında baş verməməli olduğunu deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26