Interposta.Info

Serj Sərkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı -

Siyasət
 9-02-2017, 17:20     753

 Serj Sərkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı -

Ermənistan prezidenti, Milli Təhlükəsizlik Şurasının sədri Serj Sərkisyan fevralın 9-da Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, toplantıda 2017-ci ilin plan-layihələri müzakirə olunub, şura üzvlərinin təklifləri dinlənilib və cari məsələlərdən danışılıb.

S.Sərkisyanın Təhlükəsizlik Şurasını məhz bu ərəfədə toplaması təsadüfi deyil. Belə ki, hazırda Ermənistan hakimiyyəti çox ağır günlərini yaşayır. Təkcə bu ilin yanvar və fevral aylarında Qarabağ cəbhəsində, həmçinin Ermənistan-Azərbaycan sərhədində 10-dan çox hərbçisini itirən işğalçı ölkənin hakimiyyəti seçkiöncəsi daxildə çox ciddi pressinqlə üz-üzədir. Üstəlik, Qarabağa qanunsuz dəfər edən blogger Aleksandr Lapşinin Belorusdan Bakıya ekstradisiya olunmasına görə ölkənin xarici siyasət idarəsinin yarıtmaz fəaliyyəti ciddi tənqid olunur, həmçinin KTMT-də Ermənistanın “müttəfiqi” olan Belorusun Azərbaycanın yanında yer almasına görə, İrəvanın Minskdəki səfiri təhqir olunur. Belə bir situasiyada S.Sərksiyanın fors-major hadisələrlə bağlı tədbirlər planını hazırlaması təəccüblü görünmür.

interposta.info
 Serj Sərkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı -
 Serj Sərkisyan Təhlükəsizlik Şurasının iclasını çağırdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26