Interposta.Info

Ermənistan hökuməti ordu ilə bağlı hərəkətə keçdi

Dünya
 30-08-2017, 23:39     10 444

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir Karen Karapetyan və müdafiə naziri Viqen Sərkisyanın da iştirak etdiyi toplantıda hərbi məsələlərdən bəhs olunub. Maraqlısı budur ki, Təhlükəsizlik Şurasının gündəliyinə “Müdafiə haqqında” və “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanunların müzakirəsi daxil edilib. Son zamanlar Ermənistan ordusunda baş verən biabırçılıqlar, həmçinin ölüm və işgəncə halları, qida və geyim təchizatındakı problemlər ölkədə hərbi xidmətdən yayınanların sayına ciddi təsir göstərib. Yuxarıdakı faktları hətta zabit heyəti dilə gətirir. Ordudan tərxis olunanlar arasında keçirilən sorğu nəticəsində orduda vəziyyətin fəlakətli həddə olduğu bəlli olub. Bu mənada Ermənistan rəhbərliyi vətəndaşların orduya cəlb edilməsi istiqamətində hərəkətə keçib. Sözügedən qanun layihələri 31 avqustda hökumətin toplantısında ayrıca müzakirəyə çıxarılacaq.
Ermənistan hökuməti ordu ilə bağlı hərəkətə keçdi




Qeyd edək ki, Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə Ermənistan ordusunun davamlı itkilər verməsi işğalçı ölkənin silahlı qüvvələrinin komandanlığında da ruh düşkünlüyü yaradıb. Bir gün əvvəl Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryanın tutduğu vəzifədən azad edilməsi də təsadüfi deyil. Üstəlik, S.Sərkisyanın məhz Təhlükəsizlik Şurasının toplantısından sonra Qarabağa gəlməsi də onun “Qarabağdakı bayram tədbirlərində iştirak”la bağlı dediklərinin bəhanə olduğunu deməyə əsas yaradır.

Görünür, Sərkisyan hərbçilərində ruh yüksəkliyi aşılamaq üçün işğal altındakı ərazilərə gəlib. Sözügedən qanun layihələrində isə hərbçilərlə bağlı stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26