Interposta.Info

Sərkisyan Azərbaycanla sərhədə gəlib - FOTOLAR

Müxtəlif
 6-06-2017, 20:14     993

Ermənistan prezidenti Serj Sərkisyan Ermənistan-Azərbaycan sərhədində yerləşən bölgələrə səfər edib.

Musavat.com-un erməni mediasına istinadən verdiyi məlumata görə, işğalçı ölkənin başçısı işgüzar səfərlə Tavuş vilayətinin Noemberyan, Berd və İcevan rayonlarında olub. Qeyd edək ki, Ermənistan ordusunun bölmələri bu bölgədən mütəmadi olaraq Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqlərini atəşə tuturlar. Hətta düşmən israrla gərginliyi Qarabağ cəbhəsindən iki dövlət sərhədinə daşımağa və son nəticədə “Ermənistana müdaxilə” bəhanəsi ilə üçüncü qüvvəni proseslərə qoşmağa cəhd göstərir. Ancaq bu günə qədər düşmənin bu avantürası nəticə verməyib. Azərbaycan ordusu isə işğalçı ordunun həmlə və atəşlərinə tutarlı cavab verir. Son zamanlar Tavuş vilayətinin cəbhəyanı bölgələrində erməni zabitləri özləri basdırdıqları minaya düşərək ölümcül yaralanmışdılar. Eyni zamanda Azərbaycan ordusunun cavab atəşi buradakı erməniləri də ciddi təşvişə salıb. Bu mənada S.Sərkiayanın bölgədə peyda olması səbəbsiz deyil.

Elə Ermənistan prezidentinin səfərini Koxbski hərbi hissəsindən başlaması da çox şeyi deyir. Buradakı hərbçilərlə görüşdə Tavuş administrasiyasının və Noemberyan rayonunun rəhbərliyi də iştirak edib. Ermənistan prezidentini müdafiə naziri Viqen Sərkisyan müşayiət edib. “Bizim yaşayış məntəqələrində çoxlu problemlər var və aydındır ki, onların çoxu eynidir. Bu problemlər oxşar həll yolu tələb edir” deyə, Sərkisyan bildirib. Bəzi müşahidəçilər hesab edir ki, S.Sərkisyan baş nazir olmaq üçün növbəti həmləyə keçib və ölkəboyu fəaliyyətə keçib. Ancaq onun Azərbaycanla sərhədə gəlməsi növbəti təxribatların anonsu da sayıla bilər.

interposta.info

Sərkisyan Azərbaycanla sərhədə gəlib - FOTOLAR
Sərkisyan Azərbaycanla sərhədə gəlib - FOTOLAR
Sərkisyan Azərbaycanla sərhədə gəlib - FOTOLAR
Sərkisyan Azərbaycanla sərhədə gəlib - FOTOLAR

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26