Interposta.Info

Gizli Qarabağ müzakirəsi:

Dünya
 25-05-2017, 14:29     738

Ermənistan Prezidenti Serj Sərkisyan ötən gün Müdafiə Nazirliyinin rəhbər heyəti ilə görüş keçirib.

interposta.info
xəbər verir ki, görüşün detalları gizli saxlanılıbm və görüşlə bağlı rəsmi açıqlama verilməyib. Ehtimal olunur ki, ordu rəhbərliyi ilə keçirilən görüşdə Qarabağ münaqişəsi ətrafında gedən proseslər müzakirə olunub.

Azvision.az-ın məlumatına görə, iclasda Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyinin artması və son günlər Ermənistan ordusunda qeydə alınan ölüm hallarının müzakirə olunduğu ehtimal edilir.

"Joğovurd" iclasdan sonra kadr dəyişikliyinin həyata keçirildiyini yazıb. Məlumata görə, hərbi polis rəisi Samvel Qukasyan işdən azad edilib. Onun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi erməni əsgərlərin Qarabağda su anbarında boğulması göstərilir.

Digər bir məlumata görə, Ermənistan Hərbi Polis İdarəsinin rəisi vəzifəsinə Serj Sərkisyanın mühafizə xidmətinin rəis müavini Artur Bağdasaryan təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26