Interposta.Info

Putinin Sərkisyana Qarabağ narazılığı... - Politoloq

Siyasət
 25-08-2017, 10:33     10 021

Hazırda Ermənistan aprel ayındakı kimi müharibə ərəfəsindədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Prezidenti Serj Sərkisyanın dünən Soçidə baş tutan görüşü zamanı müzakirə olunan ən mühüm məsələ Dağlıq Qarabağ mövzusu olub:

“Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə edilib, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İttifaqındakı rolundan söz açılıb. Bu görüşdə sentyabr ayında Rusiyanın baş nazirinin Ermənistana getməsi və iqtisadi əməkdaşlıqla bağlı müəyyən sazişlər imzalanması məsələsi də gündəmdə olub. Görüşün əsas müzakirə obyekti isə Dağlıq Qarabağ problemidir. Rusiya burada gedən proseslərdən öz narahatlığını bildirib. Bu narahatlığın səbəbi Ermənistanın tutduğu mövqedir. Çünki Ermənistan keçən il keçirilən görüşlərdə gündəlikdə olan məsələlərlə bağlı konkret addımlar atmayıb. Hazırdakı vəziyyət təxminən aprel ayındakı kimidir. Görüşün nəticəsini dəqiq söyləmək çətindir. Ermənistana hər hansı təsirlər göstərilmədiyindən məsələ ilə bağlı ciddi addımlar atılacağına dair qərar gözlənilmir”.

Qeyd edək ki, ötən gün Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26