Interposta.Info

Serj Sərksiyan Ermənistanın hərbi prokuroru ilə yollarını ayırdı -

Dünya
 23-03-2017, 23:02     511

Vaqe Arutyunyan Ermənistanın yeni hərbi prokuroru təyin edilib.
Musavat.com-un erməni mediasına istinadən yaydığı xəbərə görə, bununla bağlı prezident Serj Sərksiyan fərman imzalayıb.
Prezidentin mətbuat xidmətinin məlumatında bildirilir ki, ölkə konstitusiyana və Prokurorluq haqqında qanuna uyğun olaraq V.Arutyunyan hərbi prokuror və Baş prokurorun müavini təyin edilib.
S.Sərkisyanın digər fərmanı ilə Artavazd Arutyunyan hərbi prokuror və Baş prokurorun müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu gün Ermənistanda hərbi hissə komandiri və daha 5 nəfər yanacaq mənimsənilməsi ittihamı ilə həbs edilib. Eyni gündə hərbi prokurorun da vəzifəsindən azad edilməsi sıradan hadisə deyil. Xatırladaq ki, “Sülh dialoqu” ictimai təşkilatının eksperti, erməni hüquq müdafiəçisi Ruben Martirosyan Ermənistan mətbuatına açıqlamasında hərbi prokuror Artavazd Harutyunyanın ünvanına kəskin ittihamlar səsləndirmişdi. Martirosyan bildirmişdi ki, ordu və orduya nəzarət edən prokurorluq və istintaq idarəsi bütövlüklə korrupsiyalaşmış orqanlardırlar
“Bütün erməni ordusunda yoxlama keçirilsə, əminəm ki, yüzlərlə belə cinayət faktları aşkar edilər. Bu, ilk hal deyil, orduda mövcud olan korrupsiyanın kiçik bir hissəsidir. Əminəm ki, bu korrupsiyaya yalnız ərzaq daxil deyil, xatırlayırsınızsa hərbi qulluqçulara camış əti verilirdi”-o, demişdi. Martirosyanın sözlərinə görə ərzaq məhsulları, hərbi geyim, hərbi inşaatla bağlı da korrupsiya faktları var. “Burada söhbət 10 milyonlarla deyil, 100 milyonlarla vəsaitin mənimsənilməsindən gedir. Hərbi prokuror Artavazd Harutyunyanın özü cinayətkar olduğu halda, qeyd olunan işin hərbi prokurorluqda araşdırıldığını nəzərə alsaq, nəticə məlumdur”,-hüquq müdafiəçisi əlavə etmişdi.

Seçki ərəfəsində S.Sərkisyanın hərbi prokuroru əvəzləməsi təsadüf deyil. Üstəlik, 22 martda Dağlıq Qarabağın sabiq "müdafiə naziri" Samvel Babayanın və bir neçə nəfərin silah qaçaqmalçılığı ittihamı ilə həbs edilməsinin ardınca hərbi prokurorun yola salınması arasında əlaqə də mümkündür. Aprel seçkiləri ərəfəsində Ermənistanda silahlı qiyam qaldırmaqla bağlı planın olduğu iddiaları da var.

interposta.info
Serj Sərksiyan Ermənistanın hərbi prokuroru ilə yollarını ayırdı -
Vaqe Arutyunyan

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26