Interposta.Info

Zakir Qaralov yeni prokuror təyin etdi

Ölkə
 14-05-2018, 11:16     10 600

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edilib.

"XeberBiz" report-a istinadən xəbərinə görə, Baş Prokurorluğun veb-saytında "KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib. Baş Prokurorluğun Mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur.

Yeni təyinatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib.

E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26