Interposta.Info

İki rayona yeni prokuror təyin olundu

Ölkə
 25-12-2019, 18:10     474

İki rayona yeni prokuror təyin olundu

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

"İnterPosta.info" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün "Facebook" profilində yazıb.

Prokurorluq rəsmisi bildirib ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun imzaladığı əmrlərlə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev Şəki, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Ramil Əliyev isə Siyəzən rayon prokuroru vəzifələrinə təyin edilib.

11.06

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

"İnterPosta.info" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, Əliyev Ramil Firudin oğlu Siyəzən rayonunun prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bundan əvvəl Baş Prokurorluğun Kadrlar İdarəsinin prokuroru vəzifəsində çalışıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26