Interposta.Info

İrəvandakı aksiyada yeni mərhələ - siyasi tələblər açıqlandı

Dünya
 19-03-2017, 07:20     516

“Sosna Tser” silahlı bandasının “çörəkdaşıyan”ı Artur Sərkisyanın müəmmalı ölümü ilə əlaqədar İrəvanda oturaq aksiyası keçirən fəallar hakimiyyətin qarşısında digər tələblər qoyduqlarını da bəyan ediblər.

Musavat.com bununla bağlı erməni mətbuatına istinadən xəbər verir. Məlumata görə, martın 18-də axşam radələrində aksiya iştirakçıları qarşısında çıxış edən təşkilatçılardan biri Şaqen Arutyunyan hakimiyyətin onları aldatdığını deyib.

“Dünən biz hökumətin qarşısında konkret tələb qoymuşduq. Onlar isə bizim tələbimizə cavab verəcəklərinə söz vermişdilər. Amma indiyədək heç bir cavab yoxdur. Faktiki olaraq hökumət Artur Sərkisyanın “Yerablur” hərbi məzarlığında dəfnindən imtina edir”-Arutyunyan əlavə edib.

Aksiya fəalı deyib ki, hökumətdən yalnız “çörək daşıyan”ın hərbi məzarlıqda dəfnini istəmirlər, digər tələblər də var. Onun sözlərinə görə, ictimaiyyətdə aksiyada yalnız bir tələbin irəli sürüldüyü haqda yanlış rəy formalaşıb. Arutyunyan deyib ki, nümayişçilər A.Sərkisyanın ölümündə günahkar olan cavabdeh şəxslərin cəzalandırılnasını istəyir. Eyni zamanda aksiya iştirakçıları 16 martda “Ermənistan” tibb mərkəzində ölən A.Sərkisyana qarşı haqsızlıqlara görə ədliyyə naziri və baş prokurorun vəzifəsindən azad olunmaısnı tələb edir.

Son məlumatlara görə, artıq hüquq mühafizə orqanları oturaq aksiyanı dağıtmaq üçün hərəkətə keçib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26