Interposta.Info

Sərkisyan

Dünya
 22-01-2017, 17:30     1 416

Sərkisyan

Qarabağın statusu müəyyənləşmədən Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması barədə deyilənlər sayıqlamadır.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri erməni prezident Serj Sərkisyan deyib. O qeyd edib ki, Ermənistan üçün ən önəmli məsələ Dağlıq Qarabağ üçün elə bir status əldə etməkdir ki, onun əhalisi həmişə orada yaşaya bilsin: “Kim torpaqları geri vermək istəyir, hansı torpaqlardan söhbət gedir, bu dəyişmə necədir – ikitərəfli danışıqlardır”.

Sərkisyan Qarabağda olmuş erməni terrorçulardan birinə üz tutaraq deyib: “Sonra sənin gözlərinə necə baxaram? Sən sonra mənə deməzsənmi ki, mən o torpaqları qorudum, yoldaşlarım öldü, ancaq sən onu heç nəsiz geri qaytarırsan?”

Sərkisyan cəbhə xəttinin gecəgörmə cihazları ilə tam təmin edildiyini də bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26