Interposta.Info

Əgər erməni xalqı məhv olmaq istəyirsə... – Ovannisyan

Siyasət
 23-08-2017, 16:13     9 843

Sərkisyan Yeltsin nümunəsini izləsin və hakimiyyətdən getsin.

Bu sözləri Ermənistan Politoloqlar Şurasının sədri Amayak Ovannisyan deyib.

“Mən xristianam və həqiqətən Sərkisyana görə narahatam. Yeltsin nümunəsini izləyərək hakimiyyətdən getməlidir. Bütün qəlbimlə istəyirəm ki, o sülh və qan tökülmədən özünün hakimiyyət müddətini başa vursun”, - Ovannisyan bildirib.

Erməni politoloq Serj Sərkisyanın apreldə hakimiyyətdən getməyəcəyi halda bunun ciddi fəsadlarının olacağını açıqlayıb:

“Bu, cəmiyyətə siqnaldır. Əgər erməni xalqı mövcud olmamaq fikrini qəbul edirsə, onda Sərkisyan qalacaq. Əgər erməni xalqı meşələrin yanmasını, Sevan (Göyçə) gölünün qurumasını istəyirsə, qoy qalsın Sərkisyan. Əgər erməni xalqı balinalar kimi intihar etmək üçün quruya çıxmağı seçirsə, qoy qalsın Sərkisyan. Sərkisyanın qalmasının qiymətini Moskva yaxşı bilir. Onlar hələ 3 sentyabrda razılaşmışdılar”./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26