Interposta.Info

BMT-dən 95 nəfərin ölməsi ilə bağlı açıqlama: Təslim olun!

Dünya
 28-01-2018, 10:09     10 464

Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən terror beynəlxalq insan hüquqlarını pozur, vətəndaşların hədəf olduğu bu cür hücumlar heç vaxt qanuni olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib. O, terror hadisələrini qınayaraq, partlayışda həyatını itirənlərin ailəsinə və Əfqanıstan hökumətinə başsağlığı verib.

Quterreş teraktı törədənlərin tezliklə təslim olmasını istəyib.

Qeyd edək ki, ötən gün Kabil şəhərində baş verən terror hücumu zamanı 95 nəfər ölüb, 158 nəfər yaralanıb. Hücumu Taliban öz üzərinə götürüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26